"ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 95 faizini tamamlaya bilmişik" - Mark Milley

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi demək olar ki, tamamlanıb və Kabil xaricindəki hərbi bazalar tərəfdaşlara verilib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəhbərləri Komitəsinin sədri Mark Milley deyib.

Onun sözlərinə görə, üç aydan az bir müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 95 faizini tamamlaya bilmişik:

"Bundan əlavə, Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqanıstanın təhlükəsizlik qüvvələrinə verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...