Rumıniyada güclü daşqın olub İKİ NƏFƏR ÖLÜB

Rumıniyada güclü yağışlar 50 yaşayış məntəqəsində daşqına səbəb olub, daşqınlar nəticəsində iki nəfər ölüb, 5000-dən çox insan işıqsız qalıb. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi məlumat yayıb.

"Dünən gün ərzində və gecə saatları boyunca güclü yağış səbəbiylə 49 yaşayış məntəqəsində daşqın olub. Paytaxt Buxarestdə 10 evdən, 116 həyətdən, 15 zirzəmidən su çəkib çıxarmaq məcburiyyəti ilə üzləşilib. Hadisə zamanı 15 ağac yıxılıb, 7 maşın zərər çəkib. Təəssüf ki, iki nəfər də hadisə səbəbilə həyatını itirib", deyə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyinin Facebook səhifəsində qeyd olunur.

Bundan əlavə, bir sıra yollarda nəqliyyat müvəqqəti dayandırılıb. Yaşayış məntəqələrinin bir neçəsinin elektrik şəbəkəsinə ziyan dəyib, 5019 abunəçi işıqsız, qarandlqda qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...