Əfqanıstanın Bağlan vilayətində Taliban qruplaşması ilə baş verən silahlı atışmada 2 polis məmuru və 6 hərbiçi həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bağlan vilayətinin milli şura naziri Firuzuddin Aymak, media mənsublarına açıqlamasında bildirib ki, terrorçular Bağlanda yerləşən Cilgə bölgəsinə silahlı basqın edib.
Baş verən atışmada Cilgə ərazi üzrə polis məmuru Gülbeddin Gafuri və ona kömək etmək istəyən polis məmuru Lütfullah Hakbin ilə birlikdə Əfqanıstanın 6 hərbiçisi həyatını itirib.
Bağlanın Burka ərazisi 5 may tarixindən Taliban qruplaşmasının nəzarəti altına keçib.
Ölkə bir tərəfdən abadlıq işləri görməyə çalışarkən digər tərəfdən silahlı atışma səngimək bilmir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB