İspaniya Kralı VI Filip, 30 may bazar günü koronavirusa qarşı peyvənd olunub. SİA xəbər verir ki, bu barədə TASS kral sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, COVID-19 peyvəndi regional peyvənd strategiyasına müvafiq olaraq, Madrid Muxtar İcma İdman Sarayında krala çatdırılıb.

Hazırda 53 yaşında olan VI Filipin hansı preparatla peyvənd olunduğu məlumatda göstərilməyib.

Xatırladaq ki, bir qədər əvvəl İspaniyanın turist qəbuluna yalnız koronavirus peyvəndləri ilə başlayacağı məlum olmuşdu. Qeyd edək ki, turistlər ölkəyə 7 iyun tarixindən etibarən girə biləcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə