Mersin sahilində heyrətləndirici HADİSƏ

Adnan Menderes Bulvarından təxminən 200 metr kənarda böyük bir cismin üzdüyünü görən vətəndaşlar, vəziyyəti Sahil Təhlükəsizlik Aralıq dənizi Bölgə Komandanlığına və polis qruplarına bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sahil Təhlükəsizlik qrupları, qayıqla suda etdikləri araşdırmada obyektin ağ balina olduğunu təyin edib.

Qeyd edək ki, dalğıcların suda iplə bağladığı balinanın daha sonra Mersin Universitetinə aparılaraq müayinə ediləcəyi öyrənilib.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...