Somalidə generala qarşı sui-qəsddə 2 nəfər öldü

Somalinin paytaxtı Moqadişoda yol kənarında bomba partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə şahidlərə istinadən Dalsan radiostansiyası məlumat yayıb. Partlayış Xodan rayonunda Müdafiə Qüvvələri rəhbərinin müavini, general Abas Amin Əlinin kortecinin keçdiyi vaxt baş verib. Partlayış zamanı generalın mühafizəçilərindən ikisinin öldürüldüyü, digərinin yaralandığı bildirilir. Generalın özü isə xəsarət almayıb. Əş-Şabab terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə