BMT təmsilçisi Cenevrə toplantısının məqsədini açıqlayıb

BMT-nin təşəbbüsü ilə Kipr probleminin həlli ilə bağlı toplantı aprelin 27-29-da Cenevrə şəhərində keçiriləcək.

SİA xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stephane Dujarric açıqlamasında bildirib.

Qeyd edək ki, Kipr tərəfləri və qarantör dövlətlər olan Türkiyə, Yunanıstan və İngiltərənin təmsilçiləri bir masaya oturacaq.

Stephane Dujarricin sözlərinə görə, BMT Baş katibi 27-29 apreldə İsveçrənin Cenevrə şəhərində Kipr problemi ilə bağlı qeyri-rəsmi 5+1 toplantı düzənləməyi planlaşdırır.

BMT təmsilçisi açıqlamasında toplantının məqsədinin Kipr problemini yaxın gələcəkdə davamlı həllini tapmaq üçün ortaq zəmində görüşüb, görüşə bilməyəcəyini görmək olduğunu qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə