Antalya - Moskva marşrutu ilə hərəkət edən təyyarə məcburi qəza enişi edib

Antalya - Moskva marşrutu ilə hərəkət edən təyyarənin eniş mexanizmində yaranan texniki nasazlıq səbəbindən Şeremetyevo hava limanında məcburi qəza enişi edib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təyyarənin ön eniş mexanizmi idarəetmədən çıxsa da, pilot hava gəmisini normal şəkildə endirə bilib. Qəzanın səbəbləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...