Fransa şəhərlərindən birində yerləşən bir məscidə qarşı təhqiramiz hərəkət edilib

Paris yaxınlığında, Breteni-sür-Orj şəhərində yerləşən bir məscidə qarşı təhqiramiz hərəkət edilib.

SİA xəbər verir ki, bu barədə “France Press” agentliyi (AFP) şəhər rəhbərliyinə istinadən məlumat yayıb.

Naməlum şəxslər səhər tezdən avtomobili məscidin qapısından içəriyə salıblar. Onlar içəridəki yanğınsöndürən balonlarının tərkibini ibadət zalına boşaldıblar.

Cinayətkarlar yerli sakinlərdən biri tərəfindən aşkar edildikdə ərazidən qaçıblar. Daha sonra polis məscidin qapısını sındırmaq üçün istifadə olunmuş avtomobili qonşu kommunanın ərazisində yanmış vəziyyətdə tapıblar.

Agentlik ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, 2019-cu ildə Fransada müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəlmiş əməllərinin sayı 54% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə