Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

ABŞ prezidenti Donald Tramp birjadakı müvəffəqiyyətə görə hər kəsi təbrik edib. Bununla belə, o, sualları cavablandırmayıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdəki çıxışında deyib.

“Ölkəmizin xalqını təbrik etmək istəyirəm... DJIA indeksi 30 minlik xal qazanıb, bu, tarixin ən yüksək səviyyəsidir”, - deyə Tramp bildirib. O bu göstəricini “müqəddəs rəqəm” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...