Rusiyada son sutkada 361 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 25 173 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 114 502 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 36 540-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 611 445 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə