Məktəblərin açılma vaxtı bəlli oldu - ABŞ-da

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı “Twitter”də koronavirus pandemiyası ilə bağlı bir sıra açıqlamalarını paylaşıb. SİA-nın məlumatına görə, Tramp Covid-19 infeksiyasına yoluxma və ölü sayının digər günlərə nisbətən azalma halını müşahidə etdiyini bildirərək xüsusi qiymətləndirmələr aparıb.

“Məktəblər payızda açılmalıdır”- deyən ölkə başçısı, Covid-19 tədbirləri çərçivəsində bəzi ştatlarda məktəblərin payız müddətində təhsilə başlayacağını qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə