“Rusiya Türkiyənin İdliblə bağlı öhdəlikləri yerinə yetirəcəyinə ümid edir” Mariya Zaxarova

"Terroristlərlə əlaqəyə girmək" heç kimə xeyir verməyib və Rusiya Federasiyası, Türkiyənin Suriyanın İdlibinə nəzarət edən radikalları zərərsizləşdirmək öhdəliklərini yerinə yetirəcəyinə ümid edir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu söləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı brifinqdə deyib.

Zaxarovanın qeyd etdiyi kimi, ümumilikdə İdlib de-eskalasiya zonasında atəşkəs müşahidə olunur, M-4 avtomobil yolunun ortaq Rusiya-Türkiyə patrulu davam edir, lakin 5 mart əlavə protokolunun icrası ilə bağlı işlər yaraqlıların fəal hərəkətinə çevrilir.
Xatırladaq ki, Suriyanın İdlib bölgəsindəki vəziyyət fevral ayının sonlarında, Xəyyət Təhrir əş-Şam terrorçuları Suriya hökumət qüvvələrinin mövqelərinə geniş miqyaslı hücumlara başladıqdan sonra kəskinləşib. Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğanın Moskvada 5 mart görüşündən sonra vəziyyət təhlükəli xəttdən çıxarılıb. Tərəflər "Astana" formatına sadiq olduqlarını bir daha təsdiqləyiblər və atəşkəs elan ediblər. Bundan əlavə, Moskva və Ankara mühüm M-4 avtomobil yolunun birgə patrul edilməsi barədə razılığa gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...