“Şox az vaxt qalır” Eljbeta Vitek

Polşa parlamentinin aşağı palatasının spikeri Eljbeta Vitek Polşada prezident seçkisinin tarixini elan edib və bildirilib seçkiyə çox az vaxt qalır. SİA xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Məlumata görə, seçki iyunun 28-də keçiriləcək.

Beləliklə, prezidentliyə namizədlərin lazımlı 100 min imza toplamaq və təşviqat aparmaq üçün çox az vaxtı qalır. Seçki kampaniyasına qoşulmaq istəyən namizədlər qısa müddət ərzində bütün prosedurlardan keçməlidirlər.
Xatırladaq ki, bundan əvvəl seçkilər mayın 10-na təyin edilmişdi, lakin siyasi mübahisələr, ölkə hakimiyyətinin koronavirus epidemiyası dövründə yeni şəraitdə keçirilməsinə hazırlaşmağa vaxtlarının olmaması səbəb olaraq bildirilərək təxirə salınmışdı.

Qeyd edək ki, hazırki prezident Andjey Dudanın səlahiyyət müddəti avqustun 6-da başa çatır. Buna görə ölkə konstitusiyasını pozmamaq üçün seçkilərin ilk turu iyunun 28-dən gec olmayaraq keçirilməlidir.

Ölkənin hazırkı rəhbəri Andjey Duda da daxil olmaqla 10 nəfər prezidentliyə namizəd olaraq müraciət edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə