Özbəkistanda 3 132 nəfərdə koronavirus aşkarlandı

Özbəkistanda daha 17 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma hallarının sayı 3 132-yə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 587 xəstə müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə