İstanbulda 4,1 bal gücündə zəlzələ baş verib

İstanbulun Arnavutköy sahilində dənizində 4,1 bal gücündə zəlzələ baş verib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Afət və Təcili Yardım Rəhbərliyi Başçılığının (AFAD) verdiyi açıqlamaya görə, Qara dənizin Arnavutkoy sahilində saat 02.56-da 4,1 bal gücündə bir sarsıntı qeydə alınıb.

Əvvəlcə şiddəti 3,8 olaraq təsvir edilən zəlzələnin miqyası daha sonra yenidən işlənib və 4,1-ə yüksəldilib. 7,03 kilometr dərinlikdə olduğu təyin olunan sarsıntı, İstanbulun bir çox bölgəsində hiss edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə