Rusiyanın səhiyyə nazirliyi əsas 5 simptomu açıqlayıb "KORONA"

Rusiyanın Səhiyyə nazirliyi koronavirusun əsas beş simptomlarını sadalayıb. bunlar bədən hərarətinin yüksəlməsi, öskürək (quru, ya da az nəmli), nəfəs darlığı, süstlük, eləcə də döş qəfəsində ağırlıqdır. SİA xəbər verir ki, bu simptomlar haqqında məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.

Digər simptomlarda isə, boğazda ağrı, zökəm, dadbilmənin itirilməsi, eləcə də konyuktivit (gözün çirk bağlaması və qişanın qızarması) göstərilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...