Koronavirusa qarşı test sınağına başlanıldı ABŞ-da

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, koronavirus xəstəliyinə yoluxmuş insanların, o cümlədən xəstəliyi heç bir simptom olmadan keçirənlərin sayını təyin etmək üçün qan testinə başlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat dərc edib.

Məlumata görə, test, bir insanın yoluxub-yoluxmadığını müəyyən etməyə kömək edəcək və sağalmış şəxsin təkrar infeksiya əleyhinə nə qədər müdafiə olduğunu təyin edə biləcək.
Nəşr bildirir ki, sınaq üç qrup insan üzərində aparılacaq. Birincisi, epidemiyanın mərkəzində yaşayan, ancaq COVID-19-u təyin etməyənlər olacaq. Qalan iki qrup digər bölgələrin sakinləri və ayrıca əhali qrupları, o cümlədən tibb işçiləri hesab olunur.
Nəşrin yazdığına görə, koronavirusa yoluxan bir çox insanda simptomların olmaması koronavirusun hansı xarakterə malik olmasını başa düşmək üçün vacib ola bilər.
Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Uhanda naməlum növ sətəlcəm xəstəliyi barədə ÜST-yə məlumat verib. COVID-19-un törədicisi yeni koronavirus SARS-CoV-2 olduğu müəyyənləşdirilib. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə