Türkiyə müvəqqəti olaraq İranla sərhədi bağlayıb

Türkiyə koronavirusun yayılması ilə əlaqədar İranla sərhəd məntəqələrini müvəqqəti olaraq bağlayıb. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca açıqlayıb.

Nazirin sözlərinə görə, ötən gün 20.00-dan etibarən bütün beynəlxalq reyslər (İrandan gələnlər) birtərəfli olaraq müvəqqəti olaraq dayandırılıb. "21 və 22 fevral tarixlərində xəstəlik əlamətləri olan 8 İran vətəndaşının Türkiyəyə girməsinə icazə verilməyib", nazir deyib.

Nazir, Van əyalətində soyuqdəymə əlamətləri olan 5 nəfərin nəzarət altında saxlanıldığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...