Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb. Bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamasında bildirilir.

“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə