“Cənubi Qafqazda münaqişələr və onların həlli yolları” mövzusunda tədbir keçirilib
Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Rondeli Fondu) Marneulidə “Cənubi Qafqazda münaqişələr və onların həlli yolları” mövzusunda tədbir keçirib.
SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, tədbir ATƏT-in Ali Komissarlığının dəstəyi və tərəfdaşlığı ilə həyata keçirilən “Milli azlıq nümayəndələrinin siyasi proseslərdə iştirakı” layihəsi çərçivəsində reallaşıb.
Rondeli Fondunun əməkdaşı Şota Utiaşvili çıxış edərək Cənubi Qafqazda gedən proseslər, mövcud münaqişələr, o cümlədən Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində baş verən hadisələr, əhalinin sosial-iqtisadi vəziyyəti barədə ətraflı məlumat verib.
Fondun təmsilçisi azərbaycanlı tələbələrə regional münaqişələrin həllində milli azlıqların rolu barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə