Etirazçılara qarşı bibər qazı tətbiq edilib

Bolqarıstanda polis etirazçılara qarşı bibər qazından istifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) həkimlərin rəyinə əsasən məlumat yayıb.

Məlumata görə, Bolqarıstanın paytaxtı Sofiyada polisin su təchizatı böhranı ilə əlaqədar hökumətin istefasını tələb edən etirazçılara qarşı bibər qazından istifadə edib və nəticədə 30-dan çox insan yaralanıb.

Xatırladırıq ki, ilin sonundan etibarən Bolqarıstanın bir neçə bölgəsində əhali üçün su təchizatı problemi müşahidə olunur. Xüsusilə, kəskin böhran ölkənin qərbindəki Pernik şəhərinə təsir edib.

Bazar ertəsi, hökumətin istefasını tələb edən etirazçılar Regional İnkişaf Nazirliyinin qarşısına toplaşaraq, ora hücum etməyə çalışıblar. Tətilin qarşısını almaq üçün isə polis bibər qazından istifadə edib. Buna cavab olaraq etirazçılar binaya mineral su şüşələri atmağa başlayıblar.

Qarşıdurma yerinə altı təcili yardım maşını gəlib, qurbanlardan bəziləri xəstəxanaya çatdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...