Fransa Çindən vətəndaşlarını geri gətirir

Fransanın Səhiyyə naziri Agnes Buzyn açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Edouard Philippenin tələbi və Çin rəsmilərinin razılığı ilə vətəndaşların Uhandan şəhərindən həftə içi gətiriləcəyini və müəyyən müddət sağlamlıq qruplarının nəzarəti altında olacağını söyləyib.

Agnes Buzyn cümə günü ölkədə 3 nəfərdə koronavirusun olduğunu və bu hadisənin Avropadakı digər insanlarda da baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Çində ölüm sayının hər gün artdığı ciddi bir epidemiyaya çevrilən virusa qarşı hələki peyvənd və ya dərman yoxdur.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə