“Avropa Komissiyasının məruzəsi cəfəngiyatdır”

Çexiyanın baş naziri Andrey Babiş Avropa Komissiyasının audit barədə məruzəsini “cəfəngiyat” adlandırıb. Həmin sənəddə Babiş mənafelərin münaqişəsini törətməkdə, investorlar üçün qeyri-bərabər start imkanları yaratmaqda və korrupsiyaya yol açmaqda ittiham edilir.

SİA xəbər verir ki, Çexiya hökumətinin başçısı bu fikri Slovakiyanın paytaxtı Bratislavada gənc sahibkar və istedadlara həsr edilmiş konfransdakı çıxışında söyləyib. Xatırladaq ki, Avropa Komissiyasının bu məruzəsi ölkənin narazı vətəndaşlarının Çexiya şəhərlərinin küçələrinə çıxmasına təkan verən qığılcım kimi təsir edib.

Babiş öz çıxışında sərmayədarları Çexiya iqtisadiyyatına vəsait qoymağa başlamağa çağırıb. Baş nazir deyib: “Bizdə hər şey yaxışdır. Biz nəinki regionda, hətta bütün Avropada hamıdan yaxşı vəziyyətdəyik. Əgər siz sərmayə qoymaq istəyirsinizsə, bunun üçün ən yaxşı yer Çexiyadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə