Kiyev meri və Təhlükəsizlik Şurası katibinin müavini vəzifələrindən azad edildi

Ukrayna Prezidenti Viktor Yanukoviç noyabrın 30-da Avropa meydanında aksiyanın dağıdılması zamanı vətəndaşların konstitusion hüquqlarının pozulmasında əli olmaqda şübhəli bilinən Vladimir Sivkoviçi Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, Aleksandr Popovu isə Kiyev şəhər dövlət administrasiyasının rəhbəri vəzifələrindən azad edib. SİA-nın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti xəbər verir.

Prezident həmin vəzifəli şəxslərin noyabrın 30-da Kiyevdə Müstəqillik meydanında olan vətəndaşların konstitusion hüquqlarının pozulmasında əli olmasında şübhəli bilinməsi ilə əlaqədar Ukrayna Baş Prokurorluğuna daxil olmuş ərizə əsasında V.Sivkoviçi və A.Popovu vəzifələrindən azad edib.

Müvafiq fərman şənbə günü dövlət başçısının rəsmi saytında dərc olunub.

V.Yanukoviç ümdvar olduğunu bildirib ki, Baş Prokurorluq bu hadisələri obyektiv və hərtərəfli araşdıracaq.

Dövlət başçısı, həmçinin hüquq-mühafizə orqanlarının açıq və şəffaf istintaq aparmasını və bu məsələyə nöqtə qoyulmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...