Avropa Birliyindən İsrailə: "Cavabın mütənasib olsun"

Avropa Birliyindən İsrailə: "Cavabın mütənasib olsun"

Avropa birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Katrin Aşton mətbuata verdiyi açıqlamada İsrail və Qəzzə sərhədində baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini və hər iki tərəfdəki insan itkinlərinin olmasını təəssüflə qarşıladığını bildirib. SİA-nın türk mətbuatına istinadan verdiyi məlumata görə, o deyib ki, Həmas və Qəzzadəkı digər təşkilatların raket hücumları heç bir dövlət tərəfindən qəbul edilməzdir və bu dayandırmalıdır. İsrailin bu cür hücumlardan xalqını qorumaq haqqı vardır.

Aşton həmçinin, Misirin baş naziri Hişam Kandilinin bu günkü Qəzzə ziyarətinin vəziyyətin sakitləşməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki,bir neçə gün öncə İsraillə Fəlləstin arasında insan təlafatı ilə nəticələnən gərginlik yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə