“Əl Qaidə”nin ikinci adamı öldürüldü

ABŞ administrasiyası "Əl Qaidə" qruplaşması iyerarxiyasının ikinci adamı sayılan Əbu Yəhya əl-Libinin öldürüldüyünü rəsmən təsdiqləyib. "Associated Press" agentliyinin yaydığı məlumata görə, bunu Ağ evin rəsmi nümayəndəsi Cey Karni bildirib.


Cey Karni Əbu Yəhya əl-Libinin hansı şəraitdə öldürüldüyünü açıqlamasa da, onun məhvini beynəlxalq terrorizmə güclü zərbə hesab etdiyini deyib. O, böyük təcrübəyə malik əl-Libini "Əl Qaidə"nin "baş meneceri" adlandırıb. Ağ ev rəsmisi "Əl Qaidə"də Əbu Yəhya əl-Libini kiminsə əvəz edə biləcəyinə inanmadığını da qeyd edib.


Qeyd edək ki, Əbu Yəhya əl-Libi Pakistanın şimalında ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb. Onun ölümünü Pakistandakı "Taliban" nümayəndələri də təsdiqləyiblər və bunun "böyük itki" olduğunu bildiriblər.


"Doktor Sahibdən ("Əl Qaidə" lideri Ayman əz-Zəvahiri) sonra o qruplaşmanın əsas lideri idi", - "Reuters" agentliyi "Taliban" liderlərindən birinə istinadən xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...