İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin prezidenti tərəfindən imzalandığını açıqlayıb. "Tasnim" agentliyi xəbər verir ki, o, İran və ABŞ arasındakı anlaşma memorandumunun rəqəmsal şəkildə imzalandığını bəyan edib
"Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək", - sözçü qeyd edib.
"Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək", - Bəqai bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB