Xerson yaxınlığındakı Rusiya komandanlıq məntəqəsi yerlə-yeksan edilib...

Ukrayna hava qüvvələri həssas bir iş gördü...

...Ukraynalılar Xerson sektorunda rus qüvvələrinin komandanlıq məntəqəsinə uğurlu bir zərbə endiriblər. Ukrayna hava qüvvələrinin dəqiq işi və Qərbin dəqiq idarə olunan sursatlarından istifadə sayəsində rusların komandanlıq məntəqəsi tamamilə məhv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, hədəfi məhv etmək üçün Fransanın AASM Hammer idarə olunan bombasından istifadə edilib.

Obyektiv nəzarət görüntülərində döyüş sursatının düşmən qərargahının yerləşdiyi binaya dəqiq zərbə endirdiyi görünür. Zərbədən sonra güclü partlayış baş verib və işğalçıların şəxsi heyətinin və ya rabitə avadanlıqlarının sağ qalması üçün heç bir şans qalmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə