Tramp Mirziyoyevi G20 sammitinə dəvət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib.

Onun sözlərinə görə, Donald Tramp öz məktubunda Şavkat Mirziyoyevin bu ilin fevralında Sülh Şurasının təsis iclasında iştirakını yüksək qiymətləndirib. Tramp Şavkat Mirziyoyevin Özbəkistanda diqqətəlayiq nəticələr əldə etdiyini vurğulayıb və ABŞ-yə səfər etmək dəvətinə görə minnətdarlığını bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə