"Ermənistan hələ Avropa İttifaqına qoşulma prosesinə başlamağa hazır deyil" - Erməni XİN

Ermənistan hələ Avropa İttifaqına qoşulma prosesinə başlamağa hazır deyil. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan bunu 23 martda Parlamentin Avropa İnteqrasiyası üzrə Daimi Komitəsinin iclasında Ermənistan Respublikası Hökumətinin 2021-2026-cı illər üçün proqramının 2025-ci il üçün icrası ilə bağlı irəliləyiş hesabatının təqdimatı zamanı bildirib.

O bildirib ki, "Aİ-yə üzvlük prosesinin başlanması haqqında" qanunun qəbul edilməsinə baxmayaraq, hazırda iş əsasən ölkənin Avropa İttifaqı standartlarına uyğunlaşmasına gətirib çıxaracaq müxtəlif proqramların və islahatların həyata keçirilməsinə yönəlib.

"Ölkə Avropa standartlarına uyğunlaşmağa başladıqdan sonra bu məsələ ilə bağlı siyasi qərar qəbul ediləcək. Bu mərhələdə belə bir qərar qəbul edilməyib", - deyə Kostanyan qeyd edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə