"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes onu "Real Madrid"lə əlaqələndirdiyi xəbərləri təkzib edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu hazırda Madrid klubu ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Lakin Fernandes Dünya Kubokundan sonra vəziyyətin dəyişə biləcəyini bildirib. "Mövsümün sonuna bir neçə ay qalıb. Bəs "Real Madrid" necə olacaq? Düzünü desəm, heç bir danışıqlar aparılmayıb, heç nə yoxdur."
"Hazırda diqqətimizi "Çelsi"yə, qalan oyunlara yönəltmişik. Dünya Kubokundan sonra görəcəyik", - deyə oyunçu qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, İngiltərə klubu Rodri və Silvanı itirəcəyi təqdirdə yeni yarımmüdafiəçilər axtarır.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB