İrandakı müharibə dünyanı silkələyir - İngiltərədə yanacaq qıtlığı başladı...

İrandakı müharibə üzündən dünyada ciddi yanacaq qıtlığı hiss olunmağa başlayıb. SİA İngiltərə mediasına istinadən xəbər verir ki, Böyük Britaniyada Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda kənd təsərrüfatı texnikası sahibləri üçün yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, İngiltərənin Esseks qraflığında, eləcə də Şotlandiyanın bir sıra rayonlarında topdansatış distribütorları qırmızı dizel yanacağının həcminə limitlər müəyyən ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə