İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib. SİA xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Mehr" agentliyi yayıb.
"Gerçək vəd - 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib.
Xatırladaq ki, "Zülfüqar" - hədəfləri 300-700 km məsafədə vurmağa qadir olan, İranın istehsal etdiyi bərk yanacaqlı yaxınmənzilli ballistik raketdir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB