Lukaşenko ABŞ ilə münasibətləri qiymətləndirib...

Belarus ABŞ ilə konstruktiv münasibətlər qurur.

SİA xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Əvvəllər Belarus lideri Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsini həmişə alqışladığını bildirmişdi.

"Müəyyən təvazökarlığa" görə üzr istəyən Lukaşenko, Trampın ABŞ prezidentliyinə namizədliyini elan edərkən onu "kömək edən" və eyni zamanda bu barədə açıq danışan yeganə dövlət başçısı olduğunu söyləyib.

16 dekabrda Belarus prezidenti tezliklə amerikalı həmkarı ilə danışacağını açıqlayıb.

Xüsusilə, Venesuela ilə bağlı hadisələr müzakirə olunacaq. Lukaşenko ABŞ prezidentinə Latın Amerikası ölkəsi haqqında "bir çox maraqlı şeylər" danışacağına söz verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə