Öldürülən şagird məktəbdə xadimə işləyən qadının oğlu imiş...

Yenə də etnik mənsubiyyət..?

...Odintsovodakı Uspenskaya məktəbində baş verən hücumun qurbanı 10 yaşlı dördüncü sinif şagirdi Kobiljon A. məktəbdə xadimə işləyən qadının oğlu imiş.

Qurbanın eyni sinifdə oxuyan əkiz qardaşı var.

Uşağın anası, digər valideynlər kimi, məktəbdən sonra uşaqlarını məktəbdə gözləyirdi.

SİA-nın məlumatına görə, oğlunun ölümü barədə faciə yerində xəbər tutdu.

Hücumu eyni məktəbin doqquzuncu sinif şagirdi Timofey K. törədib.

Bıçaqla silahlanmış və məktəbin nişanı olan taktiki jilet geyinmiş yeniyetmə dördüncü sinif şagirdini ölümcül yaralayıb.

İlkin məlumatlara görə, hücumçu bir neçə gündür hazırlıq görüb və insanları etnik mənsubiyyətinə və dininə görə böldüyü 11 səhifəlik "Mənim qəzəbim" manifestini yazıb. Qətldən sonra o, qurbanın cəsədi ilə selfi çəkdirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə