Solovyova sui-qəsd planlaşdıranlar üçün maksimum cəza istənilib...

...SİA xəbər verir ki, “112” Telegram kanalının məlumatına görə, prokuror jurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində ittiham olunan yeddi nəfər üçün həbs cəzası istəyib. Onlar Andrey Pronskiyə ömürlük həbs, Vladimir Belyakov üçün 30 il, Timofey Mokiy və Vladimir Stepanova 29 il, Maksim Drujinin üçün 28 il, Andrey Volkov üçün 22 il və Denis Abrarov üçün 13 il (hər yeddi nəfər Rosfinmonitorinqin terrorçu və ekstremist siyahısına daxildir –A.B.) istəyiblər.

Müstəntiqlər hesab edirlər ki, Pronskiy 2 oktyabr 2021-ci ildə neonasist qruplaşması NS/WP-nin (terrorçu kimi tanınır və Rusiyada qadağan olunur - A.B.) birliyini yaradıb.

O və onun əlbirləri Solovyovun maşınını partlatmağı planlaşdırıblar və bunun üçün partlayıcı maddələr, cihazlar və odlu silah əldə ediblər.

Terrorçular Ukrayna Təhlükəsizlik Xidmətinin əmri ilə hərəkət ediblər..?

2021-ci ilin dekabrı ilə 2022-ci ilin apreli arasında onlar Moskva və Tver vilayətlərində dörd avtomobili, bir evi və hərbi qeydiyyat və komissarlıq məntəqəsini yandırıblar.

Daha əvvəl təqsirləndirilən şəxslərdən biri Timofey Mokiy Solovyovu “dərin əxlaqsız” adlandırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə