...Bu arada Vladimir Solovyov iddia edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin dronları tərəfindən “Varşavyanka” sualtı qayığının bombalanması barədə reportaj hazırlamaqla rusiyalı jurnalistlər “Ukrayna hekayələri”ni qızışdırırlar..? SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dialog.UA xəbər verir.
Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” sualtı dronlarının hücumu təkcə Novorossiyskdəki “Varşavyanka” sinifli sualtı qayığı deyil, həm də rus təbliğatçısı Vladimir Solovyovu sarsıdıb və... partladıb? (...belə yazırlar-A.B.) ...Sualtı qayığın məhv edilməsindən xəbər tutan Solovyov detalları müzakirə etməyib, aydınlaşdırmayıb və ya Ukraynaya aid hər şeyə (adi Solovyov kimi- A.B.) nifrət etməyib. O, hər kəsi susmağa və limana hücum barədə xəbərləri yenidən paylaşmamağa çağırıb.
Solovyov təkcə jurnalistlərə deyil, həm də müharibə müxbirlərinə və bloqçulara öz Telegram kanalında müraciət edib.
...Xahiş edirəm, Ukrayna hekayələrini və düşmən videolarını gücləndirməyin və baş verənlər barədə qiymətləndirmələrinizi onlara əsaslandırmayın, - təbliğatçı yalvarıb.
...Və Ukraynalı jurnalist Denis Kazanski özünün Telegram kanalında Kremlin təbliğatçısının Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamentinin rəhbəri İqor Konaşenikovdan "rəsmi yalanlar" gözlədiyini irəli sürüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB