...Vladimir Putin Rusiya neft və neft məhsullarının qiymət limiti altında çatdırılmasına qoyulan qadağanı 30 iyun 2026-cı ilə qədər uzadıb.
SİA xəbər verir ki, bununla bağlı fərman hüquqi informasiya portalında dərc edilib.
Fərman imzalandığı gündən, 15 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.
Rusiya lideri ilk dəfə “müəyyən xarici dövlətlər tərəfindən Rusiya neft və neft məhsullarına qiymət limitlərinin müəyyən edilməsi ilə əlaqədar yanacaq-enerji sektorunda xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanı üç il əvvəl, 2022-ci ilin dekabrında imzalayıb.
Sənədə əsasən, Rusiya neft və neft məhsullarının xarici hüquqi və fiziki şəxslərə çatdırılması qadağandır, bir şərtlə ki, bu çatdırılma müqavilələrində qiymət limiti mexanizminin istifadəsi açıq və ya dolayı yolla nəzərdə tutulsun.
Bu qadağa təchizat zəncirinin bütün mərhələlərində, son müştəriyə qədər tətbiq olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB