SİA xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, SpaceX və Tesla şirkətlərinin sahibi texnologiya maqnatı Elon Mask Avropa Birliyinin dağılmasına və ayrı-ayrı ölkələrə suverenliyin qaytarılmasına çağırıb.
Bir gün əvvəl Avropa Komissiyasının sözçüsü Tomas Reynier Avropa İttifaqının X platformasını Avropa rəqəmsal xidmətlər qanununu pozduğuna görə 120 milyon avro cərimələdiyini açıqladı.
İş adamı qeyd etdi ki, söz azadlığı olmadan Qərb dağılacaq. ...Avropa İttifaqı ləğv edilməli və suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.
Bunu Mask deyib.
Texnologiya maqnatı həmçinin ABŞ-ın Avropanı nədən qoruduğunu da soruşdu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB