Mask Avropa İttifaqı ilə bağlı sərt açıqlama verdi...

6 Dekabr 2025 17:54 (UTC+04:00)

SİA xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, SpaceX və Tesla şirkətlərinin sahibi texnologiya maqnatı Elon Mask Avropa Birliyinin dağılmasına və ayrı-ayrı ölkələrə suverenliyin qaytarılmasına çağırıb.

Bir gün əvvəl Avropa Komissiyasının sözçüsü Tomas Reynier Avropa İttifaqının X platformasını Avropa rəqəmsal xidmətlər qanununu pozduğuna görə 120 milyon avro cərimələdiyini açıqladı.

İş adamı qeyd etdi ki, söz azadlığı olmadan Qərb dağılacaq. ...Avropa İttifaqı ləğv edilməli və suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.

Bunu Mask deyib.

Texnologiya maqnatı həmçinin ABŞ-ın Avropanı nədən qoruduğunu da soruşdu.

Əli Babayev