Qvadelupada Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb, 10 nəfər ölüb

Qvadelupada (Fransanın dənizaşırı ərazisi) avtomobil izdihamın üzərinə sürülüb, 10 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Sent-Ann şəhərində Milad yarmarkasında baş verən hadisə nəticəsində 19 nəfər yaralanıb.

Məlumata görə, yaralananların üçünün vəziyyəti ağırdır.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə