Qvadelupada (Fransanın dənizaşırı ərazisi) avtomobil izdihamın üzərinə sürülüb, 10 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Sent-Ann şəhərində Milad yarmarkasında baş verən hadisə nəticəsində 19 nəfər yaralanıb.
Məlumata görə, yaralananların üçünün vəziyyəti ağırdır.
Hadisənin səbəbi hələ ki məlum deyil.