Amerika lideri Donald Tramp iddia edib ki, ölkənin 42-ci prezidenti Bill Klintondan fərqli olaraq, o, pedofiliyaya görə məhkum edilmiş və sonra intihar edən maliyyəçi Ceffri Epşteynə məxsus adaya heç vaxt getməyib. SİA-nın verdiyi məlumata görə, bunu Tramp Floridaya gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən heç vaxt onun adasına getməmişəm. Bill Klinton oraya, təxminən, 28 dəfə baş çəkib", - deyə o qeyd edib.
Amerika lideri əmindir ki, demokratlar diqqəti öz uğursuzluqlarından və Tramp administrasiyasının uğurlarından yayındırmaq üçün Epşteyn işini qəsdən təbliğ edirlər:
"Bu, demokratların fırıldaqıdır ki, onlar bundan diqqəti bağlanma və prezident seçkilərindəki məğlubiyyətlərindən yayındırmaq üçün istifadə etməyə ümid edirlər. Əgər mənə qarşı bir şeyləri olsaydı, seçkidən əvvəl bundan məmnuniyyətlə istifadə edərdilər", - Ağ Ev rəhbəri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB