Britaniya hava limanlarını və hərbi obyektləri sıradan çıxaran bir sıra təhlükəli dron hücumlarından sonra təcili olaraq Belçikaya mütəxəssislər və müdafiə avadanlıqları göndərir.
SİA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Britaniya Silahlı Qüvvələrinin baş komandanı Riçard Nayton qeyd edib ki, Belçika bir sıra dron hücumları nəticəsində hava limanları müvəqqəti olaraq bağlanıb, uçuşlar yönləndirilib və uçuşlar dayandırılıb. Artıq Belçikaya avadanlıq və personal göndərilir.
Britaniya tərəfi hələlik göndərilən konkret avadanlıq və ya iştirak edən qoşunların sayını açıqlamayıb.
Nayton həmçinin qeyd edib ki, bu dron uçuşlarının arxasında kimin dayandığı hələ məlum deyil.
Eyni zamanda, o, qeyd edib ki, Rusiya son illərdə "hibrid müharibə" elementlərindən fəal şəkildə istifadə edir, baxmayaraq ki, Moskva ənənəvi olaraq hər hansı bir iştirakını inkar edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB