Zibillikdən iki yaşlı qız uşağı tapılıb...

...Tuva Respublikasının Kızıl şəhərində zibilxanada iki yaşlı qız uşağı tapılıb. Poliqonda tapılan uşağın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb. SİA xəbər verir ki, Tuva Respublikası Daxili İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilmiş məlumata görə, sentyabrın 24-də uşaq xəstəxanasının tibb işçiləri Kaa-Xem kəndindəki zibilxanaya zəng vurub.

Orada onlar zibillik meydançasında sığınacaq qurmuş “yerli sakinlər”in himayəsində olan qızla qarşılaşıblar.

Onların sözlərinə görə, qızın anası onu yanlarında qoyub mağazaya gedib, bundan sonra uşağın qızdırması qalxıb. Hüquq-mühafizə orqanları tezliklə ananın Suq-Aksı kəndindən olan 42 yaşlı işsiz qadın olduğunu, cəmi bir həftə əvvəl qohumlarını ziyarət etmək üçün Qızıla gəlibmiş.

Həmin vaxt o, spirtli içkidən sui-istifadə edib. Tibb işçiləri qızı tez bir zamanda çıxararaq xəstəxanaya aparıblar və vəziyyəti stabilləşib.

Anaya qarşı valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsi) və yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi maddəsi ilə cinayət işinin başlanmasının mümkünlüyü (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 156-cı maddəsi) ilə bağlı inzibati iş açılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə