Çinin yalnız bir əyalətində çikungunya qızdırmasına 2800-dən çox yeni yoluxma halı müəyyən edilib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.
İyulun 27-dən avqustun 2-dək Quanqdonq əyalətində çikunqunya qızdırmasına 2892 yeni yoluxma halı qeydə alınıb.
Ağır hadisələr və ölüm halları yoxdur.
Ən çox yoluxma (2770) Foşan şəhərində müşahidə olunub. Guangdong əyalətinin baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kanq Min bildirib ki, epidemiyanın sürətli artımı cilovlanıb, lakin çətinliklər hələ də ciddidir.
Daşqınlar fonunda ağcaqanadlar tez-tez xəstəliklərin daşıyıcısına çevrilirlər. Mütəxəssis qeyd edib ki, durğun suları təmizləmək və yetkin ağcaqanadları məhv etmək lazımdır. Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzin direktor müavini Sun Yang Foşanda mətbuat konfransında çıxış edərkən epidemiyanı "olduqca ciddi" adlandırıb.
ÜST deyir ki, yoluxmuş ağcaqanadların dişləməsi ilə ötürülən çikungunya adətən qızdırma və şiddətli oynaq ağrılarına səbəb olur, lakin ölüm halları nadirdir. Daha əvvəl bildirilmişdi ki, Çin çikunqunya daşıyan ağcaqanadları yeyən xüsusi növ nəhəng ağcaqanadların sürfələrini yayır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə