Britaniyalı diplomat Yan Proud Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların yumşaldılmasının Ukraynadakı silahlı münaqişənin daha sürətli həllinə kömək edəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Proud "Strategic Culture" üçün yazdığı məqalədə qeyd edib.
O deyib ki, həm Rusiya, həm də Ukrayna döyüşləri dayandırmaq üçün motivasiya tapmalıdır və bu motivasiyalardan biri də sanksiyalarla bağlıdır.
Diplomat Rusiya əleyhinə tətbiq olunan sanksiyaların Moskvanın mövqeyinə heç bir ciddi təsir göstərmədiyini vurğulayıb. Bununla belə, o, Ukraynadakı vəziyyəti iflas adlandırıb və həmçinin Avropa ölkələrinin özlərinin iqtisadi məhdudiyyətlərdən əziyyət çəkdiyini diqqətə çatdırıb.
Proud, sanksiyaların yumşaldılmasının yalnız iqtisadi baxımdan deyil, həm də münaqişənin siyasi həllinə aparan yolda mühüm bir addım olduğunu düşünür.
Diplomata görə, bu yanaşma həm də Avropanın öz iqtisadi məhdudiyyətlərindən çıxış yolunu tapa bilməsinə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə