Jurnalist Haşkoğlu Ərdoğanın Albaniyada Makrona qəribə jestinə diqqət çəkib

...Avropa Siyasi Birliyinin sammitində qəribə hadisə baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun orta barmağını tutub və buraxmayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında qəribə insident yaşanıb. Türkiyəli jurnalist İbrahim Haşkoğlu buna diqqət çəkib. Deməli, Makron masa arxasında oturan Ərdoğanın yanına gələrək əlini onun üzərinə qoyub.

Həmsöhbətlər nədənsə danışmağa başlayıblar.

Eyni zamanda, Ərdoğan əlini Fransa liderinin ovucunun altından çıxarsa da, Makronun iki barmağını tutub.

Sonuncu barmaqlarından birini buraxıb, lakin Ərdoğan Makronun orta barmağını tutmağa, düz onun gözlərinin içinə baxaraq gülümsəməyə davam edib.

Hadisə kameraya düşüb.

Və daha sonra “Yeni Şafak” qəzeti iki prezident arasında baş verənləri açıqlayıb.

Türkiyə nəşri Fransa rəhbərinin qəribə jestində Türkiyə lideri üzərində psixoloji ağalıq yaratmaq cəhdini görüb..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə