İranın daxili işlər naziri ölkənin cənubunda partlayış baş verən əraziyə uçub
İranın daxili işlər naziri İskəndər Momeni ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış yerinə uçub. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Onun sözlərinə görə, İ.Momeni hadisənin başvermə şəraitinin aydınlaşdırılmasında şəxsən iştirak edəcək.
Məlumata görə, o, hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyata rəhbərlik edəcək.
Bəndər Abbas şəhərində qanköçürmə mərkəzi təcili qan toplanması ilə bağlı çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə